Cəmiyyət

Bakının yarısı istiliksiz qala bilər – BU NƏDİ BELƏ?!

“Azəristiliktəchizat” ASC-nin Nəsimi rayonu, 3-cü mkrorayon bazarının yaxınlığında yerləşən 1 saylı qazanxasının binası üça bilər.
Reportyor.info xəbər verir ki, binanın qarşısında qazıntı işləri aparılıb. Bu da bina üçün ciddi təhlükəyə səbəb olub.
1 saylı qazanxana Bakının yarısının istiliklə təmin edir.
Sakinlər deyir ki, bina uçarsa qazanxanın fəaliyyəti dayanacaq. Bu isə qışda Bakının yarısının istiliksiz qalması deməkdir.
Qazıntının hansı məqsədlə aparıldığı bəlli deyil. İddialara görə, orada hansısa tikinti işləri aparılacaq.
Ərazidə qazanxana binasından başqa, yanacaqdoldurma məntəqəsi və ticarəty mərkəzi yerləşir. Sakinlər deyir ki, binanın uçması böyük faciəyə səbəb ola bilər.
Ərazidən çəkilən görüntüləri təqdim edirik:

Paylaş: