Cəmiyyət

Ramin Abdullayev-Namiq Hümmətov cütlüyü oğurluq pulları ÖLKƏDƏN ÇIXARIR – BU YOLLA…

“Azərbaycanlı məmurlar – son vaxtlar adları ölkə mediasında tez-tez hallanan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini
Namiq Hümmətov və adıçəkilən komitənin nəzdindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayev Türkiyədki daşınmaz əmlaklarını sürətlə genişləndirməkdədir”. Bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: “İstanbul şəhərində çoxlu sayda mənzil və ictimai iaşə obyektinə malik olan cütlük, bugünlərdə Türkiyənin ən böyük turizm mərkəzlərindən biri olan Antalyada da daşınmaz əmlaka sahib olmaq istiqamətində ciddi addımlar atmaqdadır.
Hal-hazırda cütlük Antalyada – şəhər mərkəzindən bir qədər kənarda yerləşən, özündə dəniz və meşə gözəlliyini birləşdirən otellərdən birini almaqla bağlı danışıqlar aparmaqdadır. Olduqca məxfi şəkildə həyata keçirilən danışıqlar prosesi zamanı Ramin Abdullayevlə Namiq Hümmətov otelin gəlir-çıxarı ilə yanaşı, daha bir sıra məsələlər haqqında maraqlanıb ki, bunlardan da biri oteldə işləyən azərbaycanlılarla bağlı olub. Cütlük otelin hazırkı sahibinə açıq şəkildə bildirib ki, onlar oteldə azərbaycanlıların işləməyində maraqlı deyil. Çünki oteldə azərbaycanlıların işləməsi gerçəyi otelin yeni sahibləri, habelə onların buradakı gələcək fəaliyyəti haqqında məlumatların Azərbaycanda yayılması riskini artırır. Bu səbəbdən də alqı-satqı ilə bağlı danışıqların uğurla nəticələnəcyi halda oteldəki azərbaycanlıların müxtəlif bəhanələrlə işdən azad ediləcəyi gözlənilir.
Ramin Abdullayev və Namiq Hümmətovun otel qarşılığında onun sahibinə ilkin olaraq 80-100 milyon dollar arasında pul təklif etdikləri bildirilir. Danışıqlar müsbət nəticələnəcəyi təqdirdə otelin kimin adına sənədləşəcəyi ilə bağlı isə Ramin Abdullayevlə Namiq Hümmətov arasında yekdil fikir yoxdur. Namiq Hümmətov oteli Azərbaycandakı yaxınlarından birinin adına sənədləşdirmək istəsə də, Ramin Abdullayev bunun “riskli olduğu” qənaətindədir. Ramin Abdullayev hesab edir ki, otelin Türkiyə vətəndaşının adına rəsmiəşməsi gələcəkdə Azərbaycan dövlətinin aparacağı mümkün təftişdən yayınmaq üçün daha məqsədəuyğundur”.
Növbəti yazımızda otelin adı və danışıqların digər detalları haqqında ətraflı məlumat verəcəyik.

Dia-az.İnfo

Paylaş: