Cəmiyyət

“Gömrüklə İcra Hakimiyyəti birləşib restoranımı əlimdən almaq istəyirlər” – Qusarlı sahibkar Prezidentdən KÖMƏK İSTƏYİR

[center][img]https://millitv.az/uploads/posts/2024-09/1725271918_0001.jpg[/img][/center]
Qusar rayon sakini Mehrəliyev Sultan Əmirəli oğlu Azinforum.az-a şikayət ünvanlayıb. O, bu şikayəti vasitəsilə ölkə rəhbərliyindən kömək istəyir.

Şikayətçi bildirir ki, mülkiyyət hüququ ona məxsus olan “Azərbaycan” adlı restoranı yerli məmurların və gömrük işçilərinə yaxınlığı ilə seçilən Rüfət Qəhrəmanovun təzyiqi ilə onun əlindən almaq istəyirlər. Qeyd edək ki, sözügedən restoran Samur Gömrük Postunun (SDK) yaxınlığında yerləşir. Mehrəliyev Soltanın sözlərinə görə, bu məsələ ilə bağlı özünü terminalın işçisi kimi təqdim edən Rüfət ona 242 min manat pul təklif edib ki, həmin vəsaiti götürüb restoranı təhvil versin.

Şikayətçi qeyd edir ki, ona bu yöndə edilən təzyiqlərdə Samur qəsəbəsinin icra nümayəndəsi Elxan Babayev və yerli bələdiyyə sədri Elnarə Eyyubova da yer alırlar. Bu şəxslər sahibkara deyillər ki, güya restoranın yerində gömrüyə aid hansısa infrastruktur binası tikmək istəyirlər. Hətta bu məsələyə görə sahibkar Qusar Rayon İcra Hakimiyyətinə də dəvət edilib və onunla Başçının müavini Şahid Fərəməzov, hüquq şöbəsinin müdiri Kazımov Telman və baş memar Saruxanov Şahbaz söhbət edib.

Şikayətçi bildirir ki, İcra Hakimiyyətində olan görüşdə tanımadığı bir gömrük işçisi də iştirak edib. Mehrəliyev Sultan özünə məxsus restoranın əlindən alınması cəhdlərini tam qanunsuz sayır və buna görə ölkə rəhbərliyindən kömək istəyir.

Şikayətçinin videoçıxışını təqdim edir:

Paylaş: