Dekabrın 16-da Saratov vilayətinin Voskresenski rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, qəza Sızran-Saratov-Volqoqrad magistral yolunun 236-cı kilometrliyində baş verib. Belə ki, “Chery” markalı avtomobili idarə edən 27 yaşlı sürücü “Scania” markalı avtomobil daşıyan TIR-la toqquşub. Qəza nəticəsində “Chery” markalı avtomobili idarə edən gənc hadisə yerində dünyasını dəyişib.
Hadisə yerində çalışan xilasedicilər cəsədi əzilmiş avtomobildən çıxarıblar.
İlkin məlumatlara görə, həlak olan şəxs Azərbaycan vətəndaşı olub.