Cəmiyyət

Deputat saytları məhkəməyə VERƏCƏK

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu direktor, akademik, beşinci çağırış Milli Məclisin deputatı Yaqub Mahmudovun İngiltərədən aldığı fəxri adların saxta çıxması ilə bağlı iddialara cavab verib.

AMEA-nın Elmi katibi İradə Əliyeva Modern.az-a açıqlamasında həmin məlumatları təkzib edib:

“Biz bununla bağlı məlumat yazan kütləvi informasiya vasitələrini, saytları məhkəməyə verəcəyik”.

Elmi katib daha sonra geniş açıqlama veriləcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, yerli KİV-lər bu barədə məlumatları Britaniyanın nüfuzlu media orqanlarına istinadən yayıb. “Bizimyol.info”nun məlumatına görə, həmin məqalədə (Ukrainian businessmen trade on reputation of Oxford University to make millions selling ‘fake’ honours and awards, Oxford university in fake awards farce) İngiltərədə fəxri elmi adlar almaq üçün Yaqub Mahmudovun ukraynalı biznesmenlərə vasitəçilik üçün 3000 pound və 9 min 300 pound ödədiyi bildirilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir