Cəmiyyət

Xanlar Mustafayev Naxçıvanda YENİ XANLIQ EŞQİNƏ DÜŞÜB? – Sahibkar ETİRAZ EDİR…

Naxçıvanda yeniləçən hakimiyyət dairələrinə ilk əvvəl müəyyən qədər də olsa vətəndaş inamı var idisə, artıq bu ümidlər də sıradan çıxıb. Hər halda, Dia-az.İnfo olaraq hər gün Muxtar Respublikadan aldığımız şikayətlərin intensivliyi belə deməyə əsas verir. Dərd orasıdır ki, şikayətə səbəb olanlar məhz YENİLƏRDİR – YENİ KADRLAR… Beləliklə, üzləşdiyi acınacaqlı durumdan cana doyan sahibkarın gileyini təqdim edirik…

Növbəti vətəndaş şikayətində deyilir: “Mən Şərur rayonunun Çərçiboğan kənd sakini Abbasov Raiq Kərim oğlu Naxçıvan Ekologiya və Təbii Sərvətlər naziri Xanlar Mustafayevdən şikayətçiyəm.

Gəldiyi gündən bu günə kimi sahibkarlara divan tutan bu nazir artıq 2 ildir ki, dağlıq ərazilərdən qum çıxaran sahibkarları hədəfinə çevirib, onlara qarşı süni maneələr yaratmaqdadır.

  • Qanunsuz olaraq fəaliyyət üçün tələb olunan icazə sənədini vermir;
  • Tez-tez sahibkarları əsassız olaraq cərimələtdirir;
  • Sahibkaralar əməlli-başlı aylıq “racon” kəsib və təbii ki, bui pulu verməyən işləyə bilməz…

Bunun da nəticəsində təbii ki, iş yerləri hesab olunan qum karxanaları bağlanmaq zorunda qalır və yüzlərlə Naxçıvan sakini Türkiyəyə köçmək zorunda qalıb. Xanlar Mustafayevin qanunsuzluqları, süni maneələri səbəbindən neçə-neçə insanımız iş yerini, dolanışıq yerini itirib.

Sabah müharibə olacaqsa… Naxçıvandan əlinizi üzün… çünki buralarda yaşamağa imkan vermirlər, buralarda əhali qalmayıb… Ona görə də buralardan DÖYÜŞÇÜ GÖZLƏMƏYİN…”​​​​

Paylaş: