Məlum qatarın aşması hadisəsindən sonra, bunun kimi və ya daha təhlükəli halların qarşısını almaq üçün, daha bir təhükəli halı aşkara çıxarmaq məqsədəuyğun olardı.
Belə ki, hal-hazırda dəmir yollarında əsaslı yenidənqurma işləri gedir və bunun üçün dövlət tərəfindən külli miqdarda maddi vəsait ayrlıb. Lakin bu vəsaitin hara sərf olunduğu məlum deyil.
Bunları bloqumuza göndərilən məktubda müəllif yazır. Daha sonra müəllif yazır:
Misal üçün, məlum qatarın aşması hadisəsinin baş verdiyi Sumqayıt-Yalama sahəsidə işarəvermə xəttinin çəkilməsi məqsədi ilə kabelin alınması üçün külli miqadarda maddi vəsait ayrılıb. Lakin bu vəsait müəmmalı şəkildə yoxa çıxıb. İnfrastruktur Departamentinin rəhbərliyi bu yeyintini örtbasdır etmək üçün görün necə üsul fikirləşiblər. Yeraltı kabel əvəzinə işarəvermə xəttini yerüstü kustar üsulla quraşdırılmış yüksək gərginlikli dirəklərə birləşdirək köhnə məftillə çəkiblər. Nəticədə çox təhükəli bir vəziyyət yaranıb. Amma görünür ki, Dəmir Yollarının rəhbərliyi insanların həyatını, ölkənin mənafeni öz şəxsi maraqlarına və tamahlarına qurban verirlər. Eləcədə digər qurğular və cihazalrda yenilənməli olduğu halda, köhnə cihazların üzəridə müxtəlif kosmetik prosedurlar aparılaraq yeniləri kimi təqdim olunur. Belə olduğu halda qatarın aşması hadisəsinin təkaralanacağı və ondanda təhlükəli hadisələrin baş verəcəyi qaçılmazdır.
QEYD: Adları çəkilən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq!(teref.az)