Kriminal

Bakıda polisin öldürdüyü şəxs özünü MTN əməkdaşı kimi təqdim edib – TƏFƏRRÜAT

Sentyabrın 9-da saat 21 radələrində Binəqədi rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibi tərəfindən polisə məlumat daxil olub.

Hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına şübhəli şəxs odlu silahla müqavimət göstərməklə qaçmağa cəhd edib.

Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla cəhdin qarşısı alınıb, şübhəli şəxs polis əməkdaşları tərəfindən xidməti tabel silahı ilə zərərsizləşdirilib.

Zərərçəkmiş Rauf İsmayılov Baku TV-yə bildirib ki, maskalı şəxslər onun evinə özlərini MTN əməkdaşı kimi təqdim edərək daxil olub: “Qızım kameradan görüb ki, evə maskalı şəxslər daxil olur. Buna görə polisə məlumat verib və dərhal evimə əməliyyat təşkil olunub”.

Paylaş: