Cəmiyyət

Dəhşətli fakt: xəstəyə QƏSSAB münasibəti… – “Dələduzluq edərək…”

“Mənimlə 4 il əvvəl eyni palatada qalan neftçi – rayonda düzgün əməliyyat olunmamışdı. Onu təkrar əməliyyat olunmaq üçün Bakıya gətirilmişdilər. 2 gün idi əməliyyat olunmağı gözləyirdi.Təbii ki, sığorta hesabına. Həkim isəonun qohumlarına demişdi ki, sınıq yerinə qoyulan Mil üçün firmaya vermək üçün 1000 manat da nağd pul ödəməlisən. Nəhayət ki, 3 gün sonra həkim gəlib neftçiyə dedi ki, hazırlaş 1 saatdan sonra səni əməliyyata alacam. 3 gün ağrılar içində həkimi gözləyən Neftçi də çox mədəni surətdə həkimə dedi ki,artıq 3 gündür ki, burdayam, ağrılar içində, lakin bir dəfə də olsun gəlib məni yoxlayıb, baş çəkməmisiniz”. Dia-az.İnfo bildirir ki, bu açıqlama ilə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının eksperti Azər Quliyev çıxış edib.
O daha sonra öz başına gələnləri belə nəql edir:
“Bu sözdən sonra əsəbləşən həkim isə, onu əməliyyat etməyəcəyini bildirdi. Sonradan bu həmin neftçini başqa həkim əməliyyat etdi.
Ən maraqlısı da o idi ki, yeni həkim ayağa qoyulan Mil üçün firmaya tapşırdı ki, Mili birbaşa xəstənin özünə verib pulu alın. Firma bu Mili mənim yanında neftçiyə 400 manata satdı. Nə az, nə çox 600 manat fərqlə.
Daha maraqlısı da o idi ki, neftçini əməliyyat etməkdən imtina edən C.N. adlı bu həkim və ya QƏSSAB və ya daha doğrusu SAXTAKAR 2 dəfə məni də əməliyyat etmişdi, həkim eyni bu Millərə görə hər dəfə məndən əlavə 1000 manat pul almışdı. Saxtakar və şərəfsiz qəssab Həkim, əməliyyat pulundan əlavə Millərə görə məndən nə az, nə çox düz 1200 manat pul almışdı, dələduzluq edərək…”

Paylaş: