Naxçıvan şəhər sakini şikayət üçün getdiyi yerli qaz idarəsində döyülərək, ağır xəsarətlər alıb. Onu döyən isə, idarənin müridi olub. Bu haqda “Gündəlik Naxçıvana”a döyülən Şamiddim Dostalıyevin həyat yoldaşı Samirə Dostalıyeva məlumat verib.
O bildiri ki, Şamiddin idarəyə onları narahat edən məsələni araşdırmaq üçün gedib:
“Bir neçə gündür, idarə işçiləri tez-tez evimizə gəlib, bizi nahaq yerə narahat edirdilər. Dünən Şamiddin dedi ki, gedək, idarədə danışaq, mədəni şəkildə həll edək məsələni. Getdik, mən katibənin yanında oturdum, o isə müdirin kabinetinə girdi. Az keçməmiş isçəridən qışqırıq, söyüş səsləri gəldi. Mürid Taran Vəlizadə yoldaşımı təhqir edirdi. Qapı açılanda gördüm ki, yoldaşım döyülüb. Daha sonra onu sürüyüb idarənin həyətinə apardılar. Müdir orda da döyməyə başladı. Yoldaşım qan içində idi, məni yaxına buraxmadılar. Müdir onu döyüb, burnunu qırıb, gözünün altını yaralayıb, qabırğalarını əzib. Hazıra evdə yatır, hərəkət edə bilmir. Polisə şikayət etmişik, deyiblər ki, özləri məşğul olacaq ”.
Samirə Distalıyeva hüquq-mühafizə orqanlarına müraciət edərək, zorakılıq hadisəsinin obyektiv araşdırılmasını, müdirin cəzalandırılmasını tələb edir.