Lerik rayonu, Siyov kənd sakini Əbilov İbrahim Saleh oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, işlədiyi Dövlət Məşğulluq Agentliyindən onu qanunsuz yerə çıxarıblar:
“Mən, Əbilov İbrahim Saleh oğlu, yazaraq bildirirəm ki, işlədiyim Dövlət Məşğulluq Agentliyindən məni qanunsuz yerə çıxardıblar.
Ailəm 5 nəfərdən ibarətdir. Həyat yoldaşım şəhid bacısıdır. Böyük oğlum hazırda hərbi xidmətdədir. 2 övladım isə mənimlə yaşayır.
Qeyd edim ki, bir dəfə də məni haqsız yerə işdən azad etmişdilər. Prezident Aparatına gedərək, şikayətimi bildirmişdim. Ondan sonra, yəni 2019-cu ildə məni minimum əmək haqqı ilə bu işlə təmin etdilər. Müqavilə bağlandı, məndə işimin öhdəsindən gəlirdim.
2024-cü il iyun ayının 28-də heç bir səbəb göstərilmədən işimə xitam verildi.
Hazırda ailəmin vəziyyəti pisdir, ac-susuz qalmışıq. Bir ailəni məhv etmək uğrunda işlər aparırlar. Mən işimi geri istəyirəm, heç bir səhvim olmadan işimə xitab veriblər. Səlahiyyətli qurumlardan xahiş edirəm ki, mənə kömək etsinlər”.