Cəmiyyət

Dövlətin vəsaitini mənimsəyən Rauf Qurbanov vəzifədən azad olunacaq….

Azərbaycanda bir sıra qurumların rəhbərləri və yüksəkvəzifəli əməkdaşlarının korrupsiya cinayətlərinin üstü açılıb.

XALQ.AZ xəbər verir ki, bu barədə ötən həftə ölkə məbuatı məlumat yayıb. Yayılan xəbərlərdə Səhiyyə, Elm və Təhsil Nazirlikləri və Milli Elmlər Akademiyasının tabeliyindəki mərkəzlərdə dövlət vəsaitlərinin mənimsənilməsi faktları qeyd edilir.

Belə ki, cinayət məsuliyyətinə cəlb edilən 80 şirkətə rəhbərlik edən Kərimov Rüfət Nurəddin oğlunun ifadələri isə araşdırmanın əhatə dairəsini genişləndirib. Onun şirkətlərinə dövlət qurumlarından və onların müəssisələrindən müxtəlif təyinatlı pulların köçürülməsi Maliyyə Monitorinqi Mərkəzini şübhələndirib. Bir neçə ay davam edən istintaqla ehtimal olunandan daha böyük yeyintilər üzə çıxıb.

Müəyyən edilib ki, dövlət qurumları tərəfindən şirkətlərə tikinti materiallarının alınması, su ilə təmin etmə və digər xidmətlər adı ilə 3 milyon manat pul köçürülüb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cinayətdə iştirak edən şəxsləri tək-tək istintaqa cəlb edib. Hər biri Cinayət Məcəlləsinin xeyli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli biliniblər.
[center][medium]https://yenisoz.az/uploads/posts/2024-09/1726149898_sont.jpg[/medium][/center]
Yayılan məlumata görə Rüfət Kərimovla əməkdaşlıq edən məmurlardan biri də Səhiyyə Nazirliyinin Respublika Uşaq Sanatoriyasının baş həkimi Rauf Qurbanov olub. Səhiyyə Nazirliyinin Respublika Uşaq Sanatoriyasının baş həkimi eyni niyyətlə abadlaşma məqsədilə şam ağacları, gül kolları, yelləncəklər alınması üçün iş görən şirkətə 50 min manat bazar dəyərindən 4363 manat artıq pul köçürüb.

O, mənimsədiyi pulları geri qaytardığı bildirilir. Lakin ciddi korrupsiya əməli törətməsinə baxmayaraq vəzifəsini davam etdirir.

XALQ.AZ

Paylaş: