Rusiya ordusu Donetsk vilayətinin Verolubovka kəndində Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobili atəşə tutub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.
Donbass prokurorluğunun yaydığı məlumata görə, BQXK əməkdaşları evləri qızdırmaq üçün yerli sakinlərə yanacaq briketləri paylamaq üçün əraziyə gəliblər.
Ukrayna Prezidenti Volodimir Zelenski hadisə ilə bağlı məlumat yayaraq hücumu Rusiyanın növbəti hərbi cinayəti adlandırıb.