Aparıcı Elgiz Əkbər türkiyəli müğənni Petek Dinçözün Bakıda aldığı qonorarı açıqlayıb.
Axşam.az xəbər verir ki, aparıcı verilişində bu haqda danışıb. O bildirib ki, Petek bir şəxsin bağında 8 nəfər üçün oxuyub və külli miqdarda qonorar alıb:
“Bir nəfər məni bağa dəvət etdi. Gördüm 5 nəfərlik bir masa, ailənin bir qız övladı var. Oturmuşuq, gördüm balaca uşaqlar gəldilər. Məlum oldu ki, uşağın ad günüdür. Başda səhnə quruldu, türk vətəndaşları idi. Bir az sonra maşınlar girdi içəri. Musiqiçilər yerlərini aldı və Pətək Dinçöz 25 nəfərlik orkestrı ilə 8 nəfər üçün konsert verdi. Ona 70 min dollar verdilər. Petek dostumdur, amma müğənni deyil”.