Reklamları ilə əməlləri DÜZ GƏLMİR… – “Hətta soruşub da getdiyimiz “Retro Şam” restoranı… “
Ayrı-ayrı qurumların reklamları ilə fəaliyyətlərinin üst-üstə düşməməsi artıq ənənə halını alıb ki, bu da daha çox nəzarətsizliklə əlaqələndirilir. Dia-az.İnfo xəbər verir ki, məhz bu səbəbdən də müştəri narazılığının sayı da durmadan artmaqdadır. Özlərini nəzarətsizlikdə hiss edənlər istədiklərini edirlər. Aşağıda təqdim edəcəyimiz fakt da bu qəbildəndir… növbətidir…
Beləliklə, Elşən hüseynsoy adlı sosial şəbəkə istifadəçisi “Müştəriyəm Şikayətim Var” qrupundakı paylaşımında başına gələnləri belə nəql edir:
“Menyusuna baxıb… hətta soruşub da getdiyimiz “Retro Şam” restoranı… (Köhnə “Oazis” tərəf…) Menyuda çay dəstgahını 25 manata yazıblar.
Getdik… soruşduq… Bəli, elədir… Oturandan sonra bəs gəlib ki, yeməkdən sonra 25 manatdır. Belə 50 manat olacaq,
Belə xidmət… tərbiyəsizlik yoxdur…”