Ermənilər İrəvanda Gürcüstan səfirliyinin maşınını qarət ediblər.
“Ölkə.Az” xəbər verir ki, hadisə dekabrın 13-də gecə saatlarında baş verib. İrəvanın Kentron rayonu ərazisində Tumanyan küçəsində dövlət qeydiyyat nişanı 14 D 001 AM olan Mercedes markalı avtomobil qarət edilib. Hadisə yerinə gələn əməliyyat axtarış qrupu faktı aktlaşdıraraq araşdırmaya başlayıb.
Qarət olunan maşın Gürcüstanın İrəvandakı səfirliyinə məxsus olub.