Ukrayna Prezidenti Volodimir Zelenski Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampla görüşüb.
Görüş Nyu-Yorkda “Trump Tower”də olub.
Zelenski Trampa görüş üçün təşəkkür edərək, onların son şəxsi görüşündən 5 il keçdiyini qeyd edib.
“Düşünürəm ki, bizim ümumi fikrimiz var ki, Ukraynada müharibə dayandırılmalıdır və Putin qalib gələ bilməz. Və mən sizinlə sülh planının detallarını müzakirə etmək istərdim”, – Ukrayna Prezidenti deyib.
Görüş zamanı Tramp münaqişənin həlli üçün hər iki tərəflə işləməyə çalışacağını bildirib:
“Bu ölkə cəhənnəmi yaşayır… Mən heç vaxt belə dəhşətli vəziyyət görməmişəm”.