Keçən günlərdə Dia-az.Media olaraq 1 sentyabr növbədənkənar parlament seçkilərinin ardından bir neçə rayonda rəhbər dəyişikliyinin baş verəcəyini anons etdik. Məlum olduğu kimi artıq iki rayonda bu proses yaşandı.
Dia-az.Media-nın əldə etdiyi xəbərə görə, bu yeni həftədə daha bir rayonda – sakinlərinin şikayətləri yerli KİV-də dastanlar kimi yayılan Qazaxda icra başçısı postunda dəyişiklik gözlənilir.
Mənbə bildirir ki, Hacıqabul və Salyandan fərqli olaraq hazırda Qazaxa rəhbərlik edən Rəcəb Babaşova nəinki təkrar etimad göstərilməyəcək, əksinə onun həbsi belə gözləniləndir.
Babaşovun yerinə isə, hazırda Qazax RİH-də başçının birinci müavini postunu tutan Məmməd Alıyevin gətiriləcəyi iddia olunur.
Əlavə məlumat veriləcək. Bizi izləyin…