Sənəm Məmmədova AzTimes.az saytına müraciət edərək bildirir ki, 2003- cü ildə Balaxanı bələdiyyəsindən torpaq sahəsi alıb. Ta 2021-ci ilə kimi torpaqdan istifadə edib. Ondan sonra 15 günlük Gürcüstan Respublikasına gedib gəldikdən sonra görüb ki, torpağında tanımadığı şəxs ev tikdirir.
Özü də Sənəm Məmmədovaya məxsus tikinti materialları ilə.
Görmüş olduğunuz bu sənədlər sonradan əldə olunan saxta sənədləri. Guya Arif 1992-ci ildə sözügedən ərazidə torpaq alıb. Daha sonra Sabunçu məhkəməsi sənəddə yazılan Balaxanı, Zabratla əvəz edib. Çünki Zabrat qəsəbəsi ilə belə bir sərəncama rast gəlinməyib. Burda belə nəticəyə gəlinir ki, sənədlərdə saxtalaşdırma var . Daha sonra Sözügedən torpağı Lalayev Pərvizə Məmmədova “satıb”
2021 ci ildən Sabunçu məhkəməsi, hal-hazırda isə inzibati məhkəmədə çəkişmələr davam edir.
Balaxanı Bələdiyyə sədri isə bildirir ki, Sənəm Məmmədovaya verilmiş sənəd Sabiq bələdiyyə tərəfindən yandırılıb. Ona görə də biz bu məsələ ilə bağlı heç bir tədbir görə bilmirik. Qonşularla söhbətimiz zamanı onlar da təstiq etdi ki, 2003-cü ildən onlar Sənəm Məmmədova ilə qonşuluq ediblər,Pərviz Məmmədov 2021-ci ildən bura gəlib, tikintiyə isə gecə saatlarında başlayıb. Nəzərinizə çatdıraq ki, torpaq sahəsi mübahisəli olduğu üçün məhkəmə mülk üzərində həbs qərarı çıxarıb. Pərviz Məmmədov isə qanunlara məhəl qoymayaraq tikinti aparıb.