İngiltərə nəhəngi “Mançester Yunayted” David de Xeaya alternativ kimi “Atletiko Madrid”in qapıçısı Yan Oblak üçün 120 milyon avroyu gözdən çıxarıb.
Milli.Az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Sulşer ilə uğurlu olmaq istəyən “qırmızı Şeytanlar” gələn mövsümün çalışmalarına indidən başlayıb.
Yeni mövsümdən De Xeanın ayrılacağı təqdirdə Oblak həmləsini işə salacağı iddia edilir.
Sərbəst qalma məbləği 120 milyon avro olan Oblak üçün “Mançester Yunayted”in hər fədakarlığa hazır olduğu bildirilir.