Sosial

Azərbaycanda bu qədər boşanma heç vaxt olmayıb – RƏQƏMLƏR

Bu ilin ilk 10 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 51 min 735 nikah və 14 min 281 boşanma halları qeydə alınıb.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir  ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə nikahların sayı 1,7% (853 nikah), boşanmaların sayı isə 15,2% (1 885 boşanma) artıb.

Məlumat üçün bildirək ki, müstəqillik əldə etdikdən sonra – 1992-ci ildə Azərbaycanda 68 min 740 nikah, 9 min 465 boşanma qeydə alınıb.

Rəqəmlərdən də göründüyü kimi 1992-ci ildə boşananların sayı nikahların sayından 7,3 dəfə az olduğu halada, bu ilin ilk 10 ayında boşananların sayı nikahların sayından cəmi 3,6 dəfə az olub.
Boşanma və nikahlar arasındakı ən böyük fərq isə 2011-ci ildə qeydə alınıb. Belə ki, 2011-ci ildə Azərbaycanda 88 min 145 nikah, 10 min 747 boşanma olub və nəticədə boşananların sayı nikahların sayından 8,2 dəfə az olub.
Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir