Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı Dövlət Sirkinin təhlükəsizliyi ilə bağlı iradlar irəli sürülüb ki, bunlar da haqlı iradlardır.
Modern.az-ın məlumatına görə, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib.
Nazir Bakı Dövlət Sirkinin bağlanmasını istəmədiyini bildirib:
“Çünki şəhərdə mütləq belə bir məkan olmalıdır. Sirk 40 ilə yaxındır ki, əsaslı təmir olunmadan fəaliyyət göstərir. Hesab edirəm ki, müvəqqəti olsa da, təhlükəsizliklə bağlı olan ölçüləri götürməliyik. Artıq bunların yarısını etmişik. Ümidvaram ki, bu mövsümdə sirk öz işini davam etdirə bilər. Amma bu məsələyə gələcəkdə mütləq baxılmalıdır”.