Babək rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi “Kon-Lay Project” MMC (VÖEN – 1301807111) olub.
Yeniavaz.com xəbər verir ki, “Kon-Lay Project” MMC Babək rayon İcra Hakimiyyətinin sifarişi əsasında Nehrəm qəsəbəsində 3 ədəd sanitar qovşağın layihə-smeta sənədlərini hazırlayacaq və qarşılığında 14 min 100 manat alacaq.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 20 manat olan “Kon-Lay Project” MMC-nin qanuni təmsilçisi Həsənov Anar Əzimxan oğludur.
Yeniavaz.com