Cəmiyyət

“Ramiz Mehdiyievi tənqid etdiyim üçün İsa Həbibbəyli ilə əlbir olub…” – AMEA-da 37-ci il AB-HAVASI…

“AMEA prezidenti İsa Həbibbəyli və İnstitutun Bas direktoru Nadir Məmmədli əleyhimə imza toplamaq kampaniyasına başlayıblar. İmza atmayanlar onlara qeyri-leqal gəlir əldə etmək üçün yaradılan şəraitdən məhrum ediləcəkləri ilə hədələnirlər. Ortaya qoyduğum elmi işlərin rəqabətinə, üstəlik, haqlı tənqidlərimə dözməyən Həbibbəyli və Məmmədli cütlüyü məni cəzalandırmaq qərarına gəliblər. Olkədə Prezident İlham Əliyevi, vitse-prezident Mehriban xanım Əliyevanı insafsızcasına tənqid etmək olar, amma elmi mühiti bərbad günə qoymuş İsa Həbibbəyliyə və Nadir Məmmədliyə haqlı olaraq gözün üstə qaşın var demək olmaz. Özlərini akademik müqəddəs sayan bu şəxslər günahı ölkənin birinci şəxslərinin üzərinə yönəltməklə hər cür hiyləni gözəl bacaran “nadir” kadrlardır.
Qurumda elmi fəaliyyətdən başqa, hər cür zərərli fəaliyyətlə məşğuldurlar. Dəhşətdir!”

Dia-az.Media xəbər verir ki, bu açıqlama ilə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov çıxış edib. Qeyd edək ki, maddi durumu ciddi şəkildə problmeli olan İdris Abbasov bunca təzyiqlərin qarşılığında AMEA-dakı bəlli şəbəkənin qarşısında duruş gətirdiyini də bəyan edir.

İdris Abbasovun daha sonrakı açıqlamasını Dia-az.Media olaraq təqdim edirik:

“İSA HƏBİBBƏYLİ, NADİR MƏMMƏDLİ, NƏ ETSƏNİZ DƏ, MİLLİL MARAQLARA ZİDD OLAN DƏSTƏNİZƏ QOŞULMAYACAĞAM!
Belə iştahla yedikləriniz haqları mütləq qusacaqsınız!
Siz maxinasiyalarla pul yığın, eyş-işrət qurun, kələk gəlin, mənim isə bir canım var, o da bu millət, bu xalq, bu dövlət yolunda fəda olacaq! Amma milyonunuz nə qədər çox olsa da, siz etdiyiniz cinayətlərdən yaxa qurtara bilməyəcəksiniz!
Mənim uşaqlarımın haqqını gül balalarınıza yedirib İtaliyaya, İsveçrəyə yollayın, hər ayları üçün 10 minlərlə pul göndərin, mən isə öz Vətənimdə özüm bir yana, 20 yaşlı övladımın müalicəsinə imkanım olmasın! Fəqət ALLAH məni son nəfəsimədək sizinlə mübarizə edəcək ləyaqətdən məhrum etməsin! Öldükdən sonra isə ruhum sizinlə mücadilə edəcək! Bu qədər qəddarlıq, bu qədər vicdansızlıq, bu qədər antimillilik, bu qədər dövlətə, xalqa nifrət, riyakarlıq, xəyanət olmaz! Bu dərəcədə maradyorluq etmək heç bir insanlığa sığmaz!
Bu qədər milyonları hansı yolla əldə edirsiniz, Nadir Məmmədli, İsa Həbibbəyli?! Əlbəttə, bizim kimilərin haqqını yeməklə, Azərbaycan elminin başına yekə bir daş salmaqla. Nəşrinə məsul olduğunuz saxta məqalələr yığınından ibarət o jurnallardan qan qoxusu gəlmirmi?! Ağzına gələni kopyala ver çap edim. Təki pul olsun!
İndi pullarınıza güvənib deyirsiniz ki, bütün prokurorlar, hakimlər guya sizin əlinizdədir. Deyirsiniz ki, İsa müəllim ikinci təhsillə hamısına vaxtilə hüquq diplomu verib və açar postlara yerləşdirib. Bir sözlə, imkanlarınız genişdir, əliniz uzundur, hə?!
Nə qədər dəstə, şəbəkə yaratsanız da, əlinizin altında işləyən gözükölgəli etdiyiniz işçiləri səfərbər etsəniz də, yenə də həqiqətləri gizlədə bilməyəcəksiniz və bir gün bu zülümlərinizin qarşılığını görəcəksiniz!

***

Nadir Məmmədli hələ o zaman mən Ramiz Mehdiyievi tənqid etdiyim üçün İsa Həbibbəyli ilə əlbir olub tez təcili yğığıncaq çağırmış, məni təhdid edib bildirmişdir ki, “onsuz da sənin haqqında gec-tez tədbir görəcəyik, rəhbərin adını çəkmək asan məsələ deyil”. Ağasına verdiyi sözü tutmaq üçün bu dostlar fürsət axtarırlar. İsa Həbibov Nadir Məmmədova nəsihət edib ki, Abbasova qarşı gözükölgəli professorlara məcburi imza atdırsın. O da bu gün həmin işin icrasına başlayıb…”

Paylaş: