İsmayıllı rayonunun Kürdmaşı kəndində qəza zamanı avtomobillə qaz xəttini zədələyiblər. Bərpa işləri aparılıb, lakin müvəqqəti olaraq 200 abonentin təbii qaz təchizatında fasilə yaranıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.