Cəmiyyət

QARABAĞ QAZİSİ MADDİ İMKANSIZLIQ SƏBƏBİNDƏN ƏMƏLİYYAT OLUNA BİLMİR – Atası səlahiyyətli şəxslərdən kömək istəyir

Cəlilabad rayonu, Xanəgah kənd sakini Quliyev Elnur İsgəndər oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin müraciətini olduğu kimi dərc edirik:

“Mən, Quliyev Elnur İsgəndər oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, oğlum Quliyev Amin Elnur oğlu antiterror əməliyyatı zamanı ağır yaralanıb. İki qulağı eşitmir, gözləri 30 faiz görür. Şücaətinə görə, cənab Prezident tərəfindən medalla təltif olunub. Vaxtından 3 ay əvvəl də hərbiyə yararsız kimi tərxis edilib.

Əlillik təyin olunması üçün müraciət etmişdik. Komissiya əlillik əlaməti təyin etmədi.

Hal-hazırda oğlum Quliyev Amin Elnur oğlu qulaqlarından əmaliyyat olunmalıdır. Maddi imkanımız yoxdur. Səlahiyyətli şəxslərdən xahiş edirik ki, bizə kömək etsinlər”.

Paylaş: