“Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Əczaçılıq kafedrasında təhsil keyfiyyətinin təmin olunması ilə bağlı ciddi problemlər mövcuddur. Bu problemlər tələbələrin peşəkar bilik və bacarıqlarının formalaşmasında əhəmiyyətli çatışmazlıqlara səbəb olur”. Bu barədə “DİA-AZ”a göndərilən müraciətdə deyilir.
Müraciət müəllifləri daha sonra belə bildirilər: “Əsas məsələlər aşağıdakı kimidir:
- Müəllim heyəti çatışmazlığı və formal mövcudluq
ADAU-nun Əczaçılıq kafedrasında tibb üzrə fəlsəfə doktoru, baş müəllim (kardioloq) Vüqar Gəray oğlu Abbasov rəsmi olaraq universitetdə işləyir görünsə də, faktiki olaraq təhsil prosesində iştirak etmir. Həmin şəxs “36.6 MED” MMC-də baş həkim vəzifəsində tam ştatla çalışır, ADAU-da isə yalnız 0,5 ştat vahidi ilə fəaliyyət göstərir. 2022-ci ildən etibarən bu vəzifəyə təyin edilməsinə baxmayaraq, tələbələrlə bir dəfə belə görüşməyib və fakültədə dərslərə qatılmayıb. Bu hal, universitetdən məvacib alan, lakin fəaliyyət göstərməyən şəxslərin mövcudluğu barədə narahatlıq doğurur. - Kafedranın formalaşdırılması tələblərinə əməl olunmaması
Kafedra yaradılarkən Azərbaycan Respublikasının qanunvericiliyinə və təhsil tələblərinə əsasən, ən azı üç elmi dərəcəsi olan müəllimin fəaliyyəti tələb olunur. Lakin hazırda ADAU-nun Əczaçılıq kafedrasında elmi dərəcəli yalnız iki müəllim vardır: tibb üzrə fəlsəfə doktoru Vüqar Abbasov və baytarlıq elmləri namizədi dosent Akif Əliyev. Baytarlıq sahəsində ixtisaslaşmış dosent Akif Əliyev ömrü boyu yalnız baytarlıq fənlərini tədris etmişdir. Bu vəziyyət Əczaçılıq ixtisasında peşəkar və ixtisaslı kadrların hazırlanması üçün zəruri elmi bazanın mövcud olmadığını göstərir. - Tədris keyfiyyətinin aşağı düşməsi və tələbələrin işə qəbul çətinlikləri
Təhsil keyfiyyətinin zəif olması nəticəsində Əczaçılıq ixtisasında təhsil alan tələbələr peşəkar bilik və bacarıqlarını lazımi səviyyədə formalaşdıra bilmirlər. Belə ki, tədris proqramı tələb olunan səviyyədə yerinə yetirilmədiyindən, məzunlar dövlət xəstəxanalarındakı apteklərdə işə qəbulda ciddi problemlərlə üzləşirlər. Dövlət orqanları tərəfindən bəzi diplomların tanınmaması halları müşahidə olunur, bu da tələbələrin gələcək karyera imkanlarını məhdudlaşdırır.
Belə halların təkrarən baş verməməsi və ADAU-nun Əczaçılıq kafedrasında tədris keyfiyyətinin artırılması üçün aidiyyəti dövlət orqanlarından xahiş edirik ki, məsələnin ətraflı araşdırılması, qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi və tələbələrin təhsil hüquqlarının təmin olunması istiqamətində lazımi addımlar atılsın”.
Məsələ diqqətimizdədir… DAVAMI MÜTLƏQ OLACAQ…