Dünya

İsraildən “Hizbullah”ın yeni liderinə ritorik – Münasibət

İsrailin müdafiə naziri Yoav Qallant Livanın “Hizbullah” hərəkatına yeni lider təyin edilməsinə münasibət bildirib.
Qallant bu barədə “X” hesabında paylaşım edib.
“Müvəqqəti təyinatdır, uzun müddət davam etməyəcək”, – deyə İsrail müdafiə naziri qeyd edib.
Xatırladaq ki, Naim Kasem bu gün Livanın “Hizbullah” hərəkatının yeni lideri təyin edilib. O, bundan əvvəl sözügedən təşkilatın baş katibinin müavini vəzifəsini icra edib. 
Onu da qeyd edək ki, “Hizbullah” lideri Həsən Nəsrullah sentyabrın 27-də Beyrutda İsrail ordusunun aviazərbələri nəticəsində öldürülüb.
Bundan əvvəl isə oktyabrın 17-də Fələstinin HƏMAS hərəkatının lideri Yəhya Sinvar İsrail Müdafiə ordusunun həyata keçirdiyi əməliyyat zamanı zərərsizləşdirilib. Y.Sinvar HƏMAS lideri İsmayıl Haniyənin iyulun 31-də Tehranda raket zərbəsi nəticəsində öldürülməsindən sonra hərəkata rəhbər seçilmişdi.

Paylaş: