Misir, Yunanıstan və Cənubi Kipr Türkiyəyə qarşı birləşib.
Türkiyənin Şimali Aralıq dənizindəki həmlələri 3 ölkəni bu addımı atamağ vadar edib.
Xarici İşlər nazirləri səviyyəsində toplanan ölkələr Türkiyənin Aralıq dənizindəki planlarını əngəlləmək məqsədilə atılacaq addımların koordinayası məsələsində razılaşma əldə ediblər. Belə ki, 3 ölkə bundan sonrakı işlərində birgə hərəkət edəcək və Türkiyənin regional fəaliyyətlərinin qarşısını almağa çalışacaq.
Bundan başqa, Cənubi Kiprin lideri Nikos Anastasiadis Misir prezidenti Əbdülfəttah Sisi ilə telefonda danışıb. Müzakirədə Türkiyənin Şərqi Aralıq dənizindəki addımları və Türkiyə-Liviya razılaşması gündəm olub. Görüşlə bağlı açıqlama verən Cənubi Kiprin hökumət sözçüsü Kyriacos Koushos liderlərin həmfikir qaldıqlarını açıqlayıb. O, Sisinin Türkiyənin Liviyaya göndərəcəyi ordunun bölgədə qeyri-sabitliyə səbəb olacağını söylədiyini qeyd edib.(publika.az)