Yeni Zelandiya iqlim dəyişikliyi ilə mübarizənin vacibliyini vurğulayıb və inkişaf etməkdə olan ölkələrə dəstəyi davam etdirmək niyyətində olduğunu bəyan edib.
Bunu Yeni Zelandiyanın iqlim dəyişikliyi naziri Simon Vatts COP29 çərçivəsində keçirilən yüksək səviyyəli iclasda bildirib.
O, beynəlxalq əməkdaşlığın və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin dəstəklənməsinin vacibliyini qeyd edib. “Biz qlobal iqlim maliyyələşdirməsinin bu ölkələrə effektiv şəkildə yönəldiləcəyinə zəmanət verməliyik”, – nazir əlavə edib.
Xüsusilə Yeni Zelandiya Pacific Resilience Facility-yə 20 milyon dollar, Qlobal İtki və Zərər Fonduna 10 milyon dollar töhfə verəcəyini elan edib.