Bakıda küçədən silah tapılıb.
Publika.az-ın məlumatına görə, Sabunçu rayonu, Zabrat qəsəbə sakini, 1991-ci il təvəllüdlü Əliyev Valid Həvasət oğlu Ş.Əzizbəyov küçəsi 22 ünvanındakı zibil yeşiyindən kağıza bükülü silah aşkar edib.
Hüquq mühafizə orqanları əməkdaşlarını apardığı araşdırma zamanı müəyyən edilib ki, tapılan silah 1973-cü ilin istehsalı olan “Makarov” markalı tapançadır və üzərindəki sandıqçada 3 ədəd patron var.
Faktla bağlı araşdırma aparılır.