Səhiyyə Nazirliyində yeni kadr dəyişikliyi olub.
“Yeni Sabah” xəbər verir ki, İsmayıllı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əsədov Aydın Qoşunəli oğlu öz ərizəsi ilə vəzifəsindən azad edilib. Onun yerinə Vidadi Rəhimov təyinat alıb. Yeni baş həkim bu gün kollektivə təqdim olunub.
Qeyd edək ki, V.Rəhimov bu təyinatadək İsmayıllı rayon uşaq poliklinikasının baş həkimi işləyib. (Azvision.az)