Cəmiyyət

Asiman Hüseynov qardaşını xilas edə biləcəkmi?- İşdən çıxarıldı-Araşdırma başlandı

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Asiman Hüseynovun kurasiya etdiyi tikinti biznesində problemlər yaranıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Asiman Hüseynovun qardaşı Ramal Hüseynovun inşa etdirdiyi yaşayış binalarını təftiş edir. Bu barədə mötəbər mənbədən əldə etdiyi məlumatda deyilir.

Məlumata görə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Asiman Hüseynov qurumun “qara kassası” olmaqla yanaşı, eyni zamanda yaxın ətrafına tikinti sektorunda “yaşıl işıq” yandırıb.

Asiman Hüseynovun səlahiyyətlərindən yararlanaraq dəstək verdiyi, tikinti biznesinə cəlb etdiyi şəxslərdən biri də qardaşı Ramal Hüseynov olub.

Ramal Hüseynovun əsasən Bakının Nizami rayonunda bina tikintisi ilə məşğul olduğu bildirilir.

Belə ki, şəhərin ən prestijli yerlərindən olan Qara Qarayev metrosu ətrafında Hüseynovlar qardaşlarına məxsus çoxsaylı yaşayış binalarının olduğu, lakin bu binaların bəzilərinin tikinti zamanı sahəni artırmaq məqsədi ilə normativ qaydalardan kənara çıxdığı vurğulanır.

Ramal hüseynovun inşa etdirdiyi yaşayış binalarında faktiki sahənin sənədlərdə əksini tapmadığı, əldə edilən gəlirlərin vergisinin dövlətdən gizlədildiyi iddia edilir.

Ramal Hüseynovun bu illər ərzində Nizami rayonunda tikib satdığı binalardan on milyonlarla manat qazandığı vurğulanır.

Teref

Paylaş: