Cəmiyyət

Soyuq otaqlara icra başçısı üçün qoyulan qızdırıcılar – Foto

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Piran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Piran və Zərigüməco kəndlərinin sakinləri ilə görüş keçirib. 

Fotolarda həmin görüş zalında sakinlərin oturduğu hissədə deyil, yalnız Ə.Abbasovun oturduğu masanın yanında iki istilik sobasının qoyulması diqqət çəkib. 

İcra başçısının keçirdiyi görüş zalında istilik olmaması və buna görə oturduğu masanın arxasına elektrik qızdırıcılarının qoyulması müzakirələrə səbəb olub. 

Maraqlıdır ki, görüşdə sakinlər tərəfindən elə elektrik təsərrüfatının yenilənməsi, içməli su probleminin həlli kimi bir neçə müraciət səsləndirilib. Əksər vətəndaşlar otaqda gödəkçə ilə əyləşiblər. (Qaynarinfo)

Qeyd edək ki, görüş 8 yanvar tarixində keçirilib. 

Paylaş: