Sosial

Evli kişidən 3 qıza qarşı DƏHŞƏTLİ ƏMƏL

Bakıda zorlama, seksual xarakterli zorakılıq hərəkətləri etməkdə, şantaj, quldurluq və soyğunçuluq cinayətləri törətməkdə təqsirli bilinən Astara rayon sakini, 1993-cü il təvəllüdlü Rəsul Qafarlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Rəsul Qafarlı 22 dekabr 2016-cı il tarixdə, saat 23 radələrində Nərimanov rayonunun ərazisindəki “Gənclik Mall” ticarət mərkəzinin yaxınlığında Şahin Məcidzadənin taksi fəaliyyəti ilə məşğul olduğu “Chevrolet” markalı avtomobilinə minib, onun istəyi istiqamətə sürməsini bildirib.

Taksi pulunu vermədi, telefonunu da ələ keçirdi
Rəsul Qafarlı Nəsimi rayonunun ərazisindəki Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsinə çatdıqda 5 manat məbləğində sərnişin daşıma haqqını ödəməkdən imtina edib. O, avtomobilin ön oturacaqlarının arasındakı saxlanc yerindən sürücü Şahin Məcidzadənin gözü qarşısında 180 manat dəyərində “Samsung Galaxy J 2” markalı mobil telefon cihazını və telefonun içərisində olan 10 manat dəyərindəki mobil telefon kartını götürərək avtomobildən düşüb.
Sosial şəbəkədə tanış oldu, kafeyə dəvət etdi
Daha sonra Rəsul Qafarlı 2017-ci il martın 25-də sosial şəbəkədə Aytən Babayeva (ad və soyad şərti verilib – red.) ilə tanış olub. O, söhbət etmək bəhanəsi ilə aldadaraq martın 27-də, saat 14 radələrində Aytən Babayevanı metropolitenin “Koroğlu” stansiyasının yaxınlığındakı “İspanaq” adı ilə fəaliyyət göstərən kafeyə çağırıb.
Aytən Babayeva sosial şəbəkədə tanış olduğu Rəsul Qafarova inanıb və onun dəvəti ilə həmin kafeyə gəlib. Həmin vaxt Rəsul Qafarlı Aytən Babayevaya qarşı sevgi görüntüsü yaradıb, əslində isə özgənin əmlakını açıq talamaq niyyəti ilə ona məxsus 150 manat dəyərində “Huawei” markalı mobil telefonu sonuncunun iradəsinə zidd olaraq əlindən zorla alıb.
Küçədə telefonu əlindən aldı
O, telefonunun içərisindəki mobil nömrə kartını çıxardıb və öz istifadəsindəki “İphone” markalı mobil telefona daxil edib. Sonra Aytənin mobil telefonunu özünə qaytarıb.
Aprelin 9-da, saat 14 radələrində Rəsul Qafarlı Nəsimi rayonu ərazisindəki metropolitenin “28 May” stansiyası yaxınlığında Aytən Məmmədova ilə yenidən görüşüb. O, qızdan”İphone” markalı mobil telefonu zorla əlindən alıb.
Subay olduğunu dedi, qızı aldatdı

Bundan əlavə, Rəsul Qafarlı Gülnar Səlimova (ad və soyad şərti verilib – red.) ilə rəsmi nikahda olub və birlikdə yaşayıb.

Belə olan halda o, tanışı Aytən Babayevaya özünü subay kimi təqdim edərək sonuncu ilə ailə həyatı quracağını bildirib. O, bu hərəkətləri ilə Aytən Babayevanın etibarını qazanıb.
Evinə gətirdi, zorla yatağa saldı

Rəsul Qafarlı əvvəlcədən hazırladığı plana əsasən Aytən Babayevanı ailə üzvləri ilə tanış etmək adı ilə, əslində isə cinayətkar əməlini reallaşdırmaq məqsədi ilə aprelin 1-də, saat 10 radələrində yaşadığı Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı, 35/4 saylı evə gətirib.

Bu zaman Rəsul Qafarlı evdə ailə üzvlərinin olmamasından istifadə edib və Aytən Babayeva ilə bir qədər söhbət edib, sonra cinsi əlaqədə olmaq istəyini bildirib.

Bu vaxt Aytən Babayeva bakirə olduğunu, heç kimlə hər hansı formada cinsi əlaqədə olmadığını bildirib. Rəsul Qafarlı onun dediklərinə məhəl qoymayıb.

Təcavüz olayını gizli çəkiliş etdi
Daha sonra o, Aytən Babayevanın qolundan tutaraq iradəsinə zidd evin yataq otağına zorla aparıb. Əvvəlcədən hazırladığı plana əsasən istifadəsində olan və Aytən Babayevanın xəbəri olmadan gizli formada otaqda gizlətdiyi “İphone” markalı mobil telefonun kamerasını onu zorladığı istiqamətinə yönəldib, çəkilişini aparıb.
Bununla da Rəsul Qafarlı Aytən Babayevanı özündən asılı hala salıb və gələcəkdə cinsi əlaqədə olmağa məcbur edərək, zorla ona təcavüz etməyə başlayıb.
Qız aman dilədi, rəhmi gəlmədi
Bu vaxt Aytən Babayeva bakirə olmasını, bədbəxt etməməsi barədə aman diləyərək yalvarışına, fiziki cəhətdən ondan kəskin zəif olmasına məhəl qoymayıb.

Həmin vaxt Rəsul Qafarlı qızın sifət və bədəninin müxtəlif nahiyələrinə əli ilə çoxsaylı zərbələr endirib, zorla cinsi əlaqədə olub.

Pusquda dayandı, qızı şantaj etdi
Daha sonra Rəsul Qafarlı aprelin 4-də, saat 13.30-da Aytən Babayevanın oxuduğu Maliyyə və İqtisad KoIlecinin qarşısına gəlib. O, münasib yer seçib və orada pusquda dayanıb, Aytənin dərsdən çıxmasını və tələbələrdən ayrılaraq tək olmasını gözləyib.
Bu zaman Aytən Babayeva tələbə yoldaşlarından ayrılıb və yaşadığı ünvana tək gedərkən ona yaxınlaşıb, aprelin 1-də onu zorlayarkən istifadəsində olan “İphone” markalı telefonla gizli yolla çəkilişini apardığı video görüntünü göstərib.
Bununla da o, Aytən Babayevanı ailəsini cəmiyyətdə, kollektivdə və ayrı-ayrı şəxslər arasında hörmət və nüfuzdan salan, şərəf və ləyaqətini ləkələyən, ictimai qınağa səbəb olub mənfi rəy formalaşdıran video görüntü və digər şəkilləri internetin sosial şəbəkələrində yaymaq hədəsi ilə özündən asılı vəziyyətə salıb.
Şantajdan imtina etdi, başını kəsəcəyi ilə hədələdi
Rəsul Qafarlı Aytən Babayevanın asılılığından istifadə etməklə, onunla təkrarən cinsi əlaqəyə girməyə məcbur edib.
Aytən Babayeva isə onunla cinsi əlaqədə olmaqdan imtina etdikdə, o, köynəyinin altında gizlətdiyi və silah qismində istifadə etdiyi bıçağı göstərib, onunla cinsi əlaqədə olmadığı halda, öldürmək və başını kəsəcəyi ilə hədələyib. O, Aytən Babayevaya psixioloji təsir göstərərək qorxu hissi yaradıb, onun müqavimətini qırıb.
Əxlaqsız hərəkətlər etməyə məcbur etdi
Daha sonra o, Aytən Babayevanı Zabrat qəsəbəsindəki evə gətirib, orada onunla cinsi əlaqədə olub. Cinsi əlaqədə olan zaman isə həmin hərəkətlərini video çəkiliş edib.
Həmin vaxt Rəsul Qafarlı həmin çəkilişləri yaymaması üçün Aytən Babayevanın onunla əxlaqsız həerəkətlər etməsini, “oral” sekslər etməsini tələb edib. Aytən Babayeva da biabir olmaması üçün onunla “oral” seks etməyə məcbur olub.
Cinsi əlaqədə oldu, sonra pul tələb etdi
Rəsul Qafarlı aprelin 9-da yenidən Aytən Babayevanın oxuduğu kollecin yanına gəlib və orada video çəkilişlərlə qızı şantaj edib. Sonra onu Zabrat qəsəbəsində olan evə gətirib və seksual xarakterli hərəkətlər etməsinə məcbur edib.
Həmin gün o, Aytən Babayevanın şantaj edərək, həmin videoların yayılmaması üçün min manat verməsini tələb edib. Aytən Babayeva əvvəlcə ona 700 manat, günün sonun da isə 300 manat verib.
İş axtaran qızla necə tanış oldu?
Aprelin 21-də, saat 13.30-da Rəsul Qafarlı yenidən Aytən Babayevanın oxuduğu kollecin qarşısına gəlib. O, əxlaqsız hərəkətlər edərkən çəkdiyi vidoları pozmadığını deyib və Aytən Babayevadan 450 manat pul verməsini tələb edib.
Aytən Babayeva isə pulu verməkdən imtina edib. Rəsul Qafarlı isə həmin videoları sosial şəbəkədə yayacağı ilə hədə-qorxu gəlib.
Bundan başqa, Rəsul Qafarlı aprelin 14-də, iş axtarmaq üçün metropolitenin “28 May” stansiyasının yaxınlığına gələn Səbinə Əliyevaya (ad və soyad şərti verilib – red.) yaxınlaşıb və özünü polis əməkdaşı kimi təqdim edib. O, Səbinə Əliyevaya iş tapmaqda kömək edəcəyinə inandırıb və onunla münasibət yaradıb.
Bacısı ilə tanış olmaq adı ilə aldatdı
Daha sonra o, aprelin 16-da, saat 14 radələrində metropolitenin “Koroğlu” stansiyasının yaxınlığında Səbinə ilə görüşüb, özünün şirniyyatçı işləyən bacısı ilə görüşdürmək bəhanəsi ilə aldadaraq yaşadığı Zabrat qəsəbəsindəki evə gətirib.
Rəsul Qafarlı evdə Səbinə ilə bir qədər söhbət etdikdən sonra cinsi əlaqədə olmaq istəyini bildirib. Səbinəm buna etirazını bildirsə də, onun dediklərinə məhəl qoymayıb. O, Səbinəni cinsi əlaqədə olmaq məqsədi ilə qolundan tutub və evin yataq otağına zorla aparıb.
Döydü, zorladı, videoya çəkdi
Rəsul Qafarlı əvvəlcədən hazırladığı plana əsasən istifadəsində olan və Səbinənin xəbəri olmadan gizli formada otaqda gizlətdiyi “İphone” markalı mobil telefon vasitəsilə sonuncunu zorlaması səhnəsinin video çəkilişini aparıb və bununla da sonuncunu özündən asılı hala salıb.
Cinsi əlaqədə olan zaman Səbinə Əliyeva etiraz edib. Səbinə Əliyevanın müqavimətini qırmaqdan ötrü Rəsul Qafarlı onu döyərək, müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Ertəsi gün Səbinə Əliyeva ilə əlaqə quran Rəsul Qafarlı onunla etdiyi seksual xarakterli hərəkətləri video çəkiliş etdiyini söyləyib. O, həmin video görüntü və digər şəkilləri sosial şəbəkələrdə yaymaqla hədələyib, onu özündən asılı vəziyyətə salıb və onunla cinsi əlaqəyə girməyə məcbur edib.
Qadını kafeyə gətirdi, öldürməklə hədələdi, telefonun ələ keçirdi
Bundan başqa, o, mayın 4-də tanış olduğu Aybəniz Səmədovanı (ad və soyad şərti verilib – red.) söhbət etmək adı ilə, əslində isə özgə əmlakını ələ keçirmək məqsədilə istintaqa məlum olmayan kafeyə aparıb.
Rəsul Qafarlı həmin kafenin otağında kənar şəxslərin olmadığı şəraitdə stolun üzərində olan bıçağı götürüb və silah qismində istifadə edərək Aybəniz Səmədovanı öldürməklə hədələyib.
Hücuma məruz qalmış Aybəniz Səmədovaya qarşı həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi ilə hədələyib. O, sonuncuya məxsus 632 manat dəyərindəki “Samsung Galaxy J 7” markalı mobil telefonu götürüb.
Daha sonra o, telefonun içərisindəki mobil nömrəni çıxardıb və stolun üzərinə atıb. Sonra isə oradan uzaqlaşıb. Aybəniz Səmədovanın şikayəti əsasında Rəsul Qafarlı həbs edilib.
7 maddəli cinayət işi
İstintaq orqanı tərəfindən Rəsul Qafarlının barəsində Cinayət Məcəlləsinin 149.2.4-cü (zorlama, zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə), 149.2.5-ci (təkrar zorlama), 150.2.5-ci (təkrar seksual xarakterli zorakılıq hərəkətləri etmək), 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmək), 180.2.2-ci (təkrar soyğunçuluq etmək), 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) və 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.
Ağır cəza aldı, şikayət etdi, rədd olundu
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəsul Qafarlı 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Rəsul Qafarlı apelyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, cəzasının yüngülləşdirilməsini xahiş edib.
Onun şikayətinə Bakı Apelyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə baş tutan iclasda araşdırılıb və şikayətin təmin olunması barədə qərar qəbul edilib.

Bu qərardan narazı qalan Rəsul Qafarlı kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Rəsul Qafarlının şikayəti təmin olunmayıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir