“20 yanvar tarixində “Crescent mall”da yerləşən “Karaca” mağazasına alış-veriş etmək üçün rəfiqəmlə daxil olmuşdum. Məhsullara baxış keçirən zaman tava şöbəsində iki tava alt-üst şəkildə sərgilənmişdi… aşağıdakı məhsula baxdığım zaman yuxarıdakı məhsula toxunmadığım halda, vitrinə səhv yerləşdirilmə ucbatından yuxarıdakı tava yerə düşdü və mağaza meneceri Mahirə xanım yaxınlaşaraq, kobud bir ifadə ilə “məhsula ziyan vurdunuz, dərhal onu ödəməlisiz… kassaya gəl” deyə bildirdi”. “Dia.az” xəbər verir ki, bunu “Müştəriyəm Şkiayətim Var” sosial qrupundakı paylaşımında Ofelya Hümbətzadə adlı istifadəçi qeyd edib.
Narazı vətəndaşın başına gələnləri öz qələmi ilə – heş bir düzəliş etmədən, olduğu kimi təqdim edirik: “İstehlakçı olaraq xanıma məhsulda öncədən hər hansı bir əzik olmadığını sübüt edəcəyi halda ödəyəciyimi bildirdim lakin xanım şifahi olaraq yalnızca hər gün vitrin yoxlanılır o məhsul əzik deyildi vitrində bizdə heç bir məhsul əzik deyil dedi. Bütün mağazalarınızda vitrində əzik,cızıq, az qüsurlu məhsullarınızın olmasını dəfələrlə müşahidə etmişəm bu da təbii olaraq başa düşülən haldır ki, müştəri məhsulu vitrində görür yenisi varsa qutuda başqa məhsil təhvil verilir yoxdursa da vitrin məhsulu. Özüm də eyni qayda da vitrində az qüsurlu olub,stokda olmayan məhsullar almışam sizdən. Xanımın özü ilə yaxınlaşaraq bir neçə eyni şöbədəki məhsullarda da eyni əziklərinin olmasını göstərsəm də qəbul etməyərək təkzib etdi. Sözü gedən əməkdaş məsələni heç bir halda sübut etmədi əvəzində isə 1,5 saat məni və yanımdakı şəxsi mağazada girov saxlayaraq azadlığımı pozdu. Sübuta yetirmədiyi məsələyə görə alıcını mağazada girov saxlamaq azadlığı məhdudlaşdırmaq faktıdır və sahibkarın qanunla törətdiyi əmələ görə ciddi məsuliyyət daşıması qanunda əks olunmuşdur, lakin görünür sözü gedən əməkdaş bu qanundan xəbərsizdir. Mağazada gözlədiyim müddət ərzində xanım dəfələrlə mənlə konfliktə girmiş, “sizi kimi müştərilərə belə davranmaq lazımdır” “ mənim vaxtımı alırsız pulunu ödə çıx get “ əlavə olaraq da xanıma heç bir təhqir etmədiyim halda rəfiqəmlə məni günahlandıraraq yalandan siz məni də, işçilərimi də təhqir etdiz bildirərək hər dəfə məni özümdən çıxartmağa çalışdı. Sözün əsl mənasında ömrümdə birinci dəfədir belə mağaza meneceri görürəm hansı ki, müştəri ilə danışığını bilməyib, bütün etik normaları pozan istehlakçı hüququnu bu qədər istismar edən. Xanıma dəfələrlə mən sizi əgər dediyiniz kimi təhqir etdimsə sübut edin bunu bildirdiyim halda “nədir mən sənə elə hər şeyi sübut etməliyəm?” Mənim sözüm sübutdur işçilərimdə lazım olsa mən deyəni deyər bildirdi. Artıq başa düşürsüz bu şər atmaq deməkdir.
Xanıma mağazada məni saxladığı müddət ərzində sən yox siz sözünü öyrədə bilmədim. Çox acınacaqlı bir haldır ki, illərlə sevərək alış veriş etdiyim bu mağazada bu formada rəftar görmək məni hədsiz dərəcədə narahat etdi. Mühafizə əməkdaşları və Crescent Mall meneceri olan Samirə xanıma göstərdikləri hər bir köməklik üçün minnətdaram. Mall meneceri Samirə xanım yaxınlaşıb, xanımla danışdıqdan və əlaqə məlumatlarımı götürüb, araşdırıb geri dönüş edəcəm bildirdikdən sonra yalnız çıxa bildim mağazadan. Qeyd olunan məsələ ilə bağlı mağazada məni girov saxlayıb, azadlığımı məhrum edən, mənə şər atan Mahirə xanımdan şikayətçiyəm lazımı üzrə bütün aidiyyatı orqanlara rəsmi şikayət məktubumu bildirmişəm sözün əsl mənasında insan əsəbi ilə bu qədər oynayan, danışığını bilməyən, şər atan insanlardan Allah hər birimizi uzaq etsin…”
(Dia.az)