İqtisadiyyat

AQTA ixracatçılara qrant və kreditlər vasitəsilə dəstək göstərəcək

Azərbaycan Qida Təhlükəsizlik Agentliyi (AQTA) müvafiq dövlət strukturlarının resurslarından istifadə edərək, ixracatçılara təmənnasız konsaltinq xidmətləri, həmçinin ixraca qoyulan tələblərin yerinə yetirilməsi üçün yaranan xərclərin bir hissəsinin qrant və kreditlər vasitəsilə dəstək göstərəcək.
Zirveyolu.info-ın məlumatına görə, bunu “İxracatçılara dəstək layihəsi” çərçivəsində sahibkarlarla görüşdə çıxış edən AQTA sədrinin müşaviri Elxan Mikayılov deyib.
Onun sözlərinə görə, söhbət proqram yanaşmasından gedir ki, müxtəlif dövlət orqanlarının resurslarını vahid konsepsiya altında toplamaqla, sahibkarları real ixraca çıxaranadək sahibkarlara bütün lazımi komponentlər təqdim olunsun.
“Növbəti mərhələ potensial alıcıların tapılması ilə bağlı olacaq. Bu istiqamətdə paralel olaraq potensial alıcılarla danışıqlar aparılır ki, burada da Agentliyin dəstəyi olacaq. Məsələn, sərgilərdə iştirak etməklə sahibkarların məhsullarını beynəlxalq sərgilərdə tanıdılması təşkil olunacaq”, – deyə E. Mikayılov qeyd edib.//Apa.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir