Bakıda bacı-qardaşını bıçaqlayan şəxs barəsində açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.
News24.az-ın məlumatına görə, bacısı M.Qurbanova ilə qardaşı K.Qurbanovu bıçaqlayan Famil Qurbanov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1-ci, yəni, qəsdən sağlamlığa ağır zərurvurma – iki və ya daha çox şəxsə qarşı törədildikdə maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İşə hakim Mirzə Xankişiyevin sədrliyi ilə baxılacaq.
Yaxın günlərdə məhkəmə prosesi başlayacaq.