Cəmiyyət

Avronun dizaynı dəyişəcək

Avropa Mərkəzi Bankı 23 il əvvəl dövriyyəyə buraxılan avro əskinaslarının dizaynını ilk dəfə dəyişdirməyi planlaşdırır.

Yenixeber.org xəbər verir ki, dizayn dəyişikliyi əskinasların daha cəlbedici və tanınması üçün nəzərdə tutulub.

Qeyd olunur ki, Mərkəzi Bank hazırda əskinaslar üçün yeni dizayn axtarır. İki variant nəzərdən keçirilir – Avropa mədəniyyəti və ya təbiət görüntüləri.

Birinci halda əskinasların ön tərəflərində məşhur avropalılar təsvir olunacaq. Əskinasların dəyərinin artan sırasına görə yunan opera müğənnisi Mariya Kallas, alman bəstəkarı Lüdviq van Bethoven, polyak-fransız alimi Mariya Küri, ispan yazıçısı Migel de Servantes, italyan rəssam və ixtiraçı Leonardo da Vinçi və avstriyalı sülh fəalı Berta fon Sattnerin təsvir olunması nəzərdə tutulur.

Eyni zamanda, qeyd olunur ki, müstəqil ekspertlər qrupu tərəfindən təklif edilən və sonra Avropa Mərkəzi Bankı tərəfindən seçilən bu adlar 20 avrozona ölkəsindən yalnız altısını təmsil etdiyi üçün mübahisələrə səbəb ola bilər.

Paylaş: