Şou biznes

“Səninlə yaşlanmaq istəyirəm, dəliqanlı” – İradədən həyat yoldaşına

“Həyat yoldaşı olmaq çox böyük fədakarlıqlara dözməyi bacaran bir xarakter istəyir. Əslində, evlənmək dözüləcək bir iş deyil”.Axşam.az xəbər verir ki, bu sözləri sosial media hesabında müğənni İradə İbrahimova həyat yoldaşı Ceyhun İzerlə fotosunu paylaşaraq yazıb.
“Həyat yoldaşı həyatımızı böldüyümüz, pay etdiyimiz insandır. Bu sözüm qarşı tərəf üçün də keçərlidir. Münasibətlər “dözürəm, neyləyim?” deyə davam etdirilməz. Bu cür düşünən nə kişiyə, nə də qadına hörmət etmirəm” deyə, İradə bildirib.
Müğənni daha sonra həyat yoldaşını tərifləyib:
“Həqiqətən bir birinə bağlı iki insan üçün gəncliyin əldən getməyi fəlakət deyil. Bir-birimizə söykənərək yaşlanmaq zövq verir. Həyat yoldaşlığı çox uzun bir yoldur, səninlə yaşlanmaq istəyirəm, dəliqanlı. Çox şanslıyam və həyatda hər zaman şükür etmə səbibim oldun. Səndən çox razıyam, Allah da razı olsun. Çox sevirəm”.
Qeyd edək ki, cütlük uzun illərdir ailə qurub. Onlar Türkiyədə yaşayır. İradə ilə Ceyhunun 2 övladı var.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir