Cəmiyyət

Yeni tikilən binalar üçün normativ hüquqi aktlar hazırlanacaq

Azərbaycanda bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binaların dövlətə ayrılan hissəsinə dair hüquqi əsasları müəyyən edən normativ hüquqi aktlar hazırlanacaq.

Bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” 25 dekabr 2019-cu il tarixli fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabinetinə 3 ay müddətində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Maliyyə Nazirliyinin və İqtisadiyyat Nazirliyinin təklifləri əsasında bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binaların dövlətə ayrılan hissəsinə dair hüquqi əsasları müəyyən edən normativ hüquqi aktlarla bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Qeyd edək ki “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli qanuna əsasən, gələn il yanvarın 1-dən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin dövlətə ayrılan hissəsinin təqdim edilməsi üzrə dövriyyələr əlavə dəyər vergisindən azaddır.(apa)

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir