Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında YAP İdarə Heyətinin iclası keçiriləcək.
Anews.az APA-ya istinadla xəbər verir ki, iclas saat 12:00-da başlayacaq.
YAP İdarə Heyəti üzvlərinin iştirak edəcəyi iclasda 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində YAP-ın deputatlığa namizədlərinin irəli sürülməsi məsələsi müzakirə olunacaq.
YAP İdarə Heyətinin üzvlərinin siyahısı:
İlham Əliyev – Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri
Hacıbala Abutalıbov –
Əli Əhmədov – Baş nazirin müavini, YAP Sədrinin müavini – icra katibi
Vaqif Əliyev – Mədəniyyət və Turizm nazirinin I müavini
Mehriban Əliyeva – Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini
Nurlana Əliyeva – Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri
Akif Əlizadə -Yeni Azərbaycan Partiyasının Sədr müavini
Əli Həsənov – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri, professor
Əli Həsənov – Yeni Azərbaycan Partiyasının Sədr müavini
Yusif Hümbətov – «Azərsutikinti» Səhmdar Cəmiyyətinin sədri
Nizami Xudiyev – Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri
Eldar İbrahimov – Milli Məclisin Aqrar siyasət komitəsinin sədri
Kərim Kərimov – Yeni Azərbaycan Partiyası İcra Katibliyinin əməkdaşı
Mübariz Qurbanlı – Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini
Abel Məhərrəmov – akademik
Bahar Muradova – Milli Məclisin sədr müavini,İnsan hüquqları komitəsinin sədri
Siyavuş Novruzov – Milli Məclisin İctimai birliklər və dini icmalar komitəsinin sədri, YAP İcra katibinin müavini
Arif Rəhimzadə – Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Vasif Talıbov – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri
Mixail Zabelin – Milli Məclisin deputatı