Dünya

İŞİD terrorçuları 11 xristian girovu edam etdi – FOTO

Afrika terrorçuları Milad günü münasibətilə keçirilən bayramda 11 xristian girovu edam edib.
Unian.net-in məlumatına görə, bu barədə nigeriyalı jurnalist Əhməd Salkida salkida.com saytında məlumat verib.
Onun sözlərinə görə, cinayəti ISWAP (qondarma “İslam Dövlətinin Qərbi Afrika əyaləti”) təşkilatının terrorçuları törədiblər.
“Boko Haram” qruplaşmasının keçmiş üzvləri olan terrorçular bu yolla İraq və Suriyadakı liderlərinin öldürülməsinin intiqamını alıblar. Jurnalistin əldə etdiyi məlumata görə, 13 girovdan ikisi sağ qalıb. Sağ qalanlar müsəlman olub.
Salkida iddia edir ki, terrorçular həbs olunan yoldaşları üçün girov mübadiləsi təklif ediblər, lakin Nigeriya hakimiyyəti buna razı olmayıb.(oxu.az)
Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir