Siyasət

YAP deputatlığa namizədləri müəyyən etdi, əksər deputatların adı yeni siyahıda yoxdur (YENİLƏNİB)

Yeni Azərbaycan Partiyasında (YAP) Milli Məclisə gələn il fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərə qatılacaq namizədlərin siyahısının dəqiqləşdirilməsinə həsr edilmiş iclas başa çatıb.

Trend-in məlumatına görə, siyahı artıq hazırdır və az sonra YAP-ın saytında yerləşdiriləcək.

İdarə heyətinin üzvlərindən biri deyib ki, əksər deputatların adı yeni siyahıda yoxdur.

Saat 12:00

Bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilir.

Trend-in məlumatına görə, iclasda partiyanın fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı müzakirələrdən sonra təsdiq olunacaq.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci ilin fevralın 9-da keçiriləcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir