Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, 50 yaşlı F.Nağıyev 2018-ci ildən Dövlət Turizm Agentliyinin sədridir.