Lənkəran icra başçısının sabiq xanım müavini yarımmilyonluq obyekt tikdirib.
Azərbaycanda fəaliyyət götərən əksər məmurların bizneslə məşğul olması heç kimə sirr deyil.
Aylıq vəzifə maaşları 1000-1500 manat civarında olan məmurların sahib olduqları yüz min, bəzən isə milyonlarla ölçülən obyektlərin hansı vəsaitlə əldə etməkləri ölkə ictimaiyyətini həmişə düşündürüb.
XALQ.AZ-ın əldə etdiyi məlumata görə vəzifə başında olduğu vaxt özünə çoxsaylı obyektlər tikdirən məmurlardan biri də Lənkəran şəhər İcra başçısının sabiq müavini Rəsilə Arifqızıdır (Əliyeva). Bildirək ki, Rəsilə Əliyeva Lənkəran şəhər icra başçısının müavini vəzifəsindən məktəbliyə zorakılıq etdiyinə görə çıxarılıb. Lənkəran Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli hökmü ilə Rahilə Arifqızına dörd min manat cərimə olunub. Vəzifədən çıxarıldıqdan sonra Rəsilə Arifqızı (Əliyeva) soyadından imtina edərək cəmiyyətdən bilinməsin deyə Arifqızı soyadını qəbul edib.
Qeyd edək ki, Rəsilə Arifqızı Arif qızı (Əliyeva) bu il Lənkəran Şəhər Bələdiyyəsinin üzvlüyünə namizədliyini irəli sürsə də, sonrada namizədliyini geri götürdü.
XALQ.AZ Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi məlumatında Lənkəran şəhər, Şirəli Axundov 15a ünvanında 254 kvadratlıq 2 mərtəbəli obyekt Rəsilə Arifqız adına sənədləşdirilib.
Obyektin hazırkı bazar qiyməti 500 min manata yaxındır.
Hazırda obyekt icarəyə verilir.
Məsələ ilə bağlı Rasil Arifqızı ilə əlaqə yaratmaq mümkün olmadı, onun da fikrini dərc etməyə hazırıq.
Xalq.az

