Cəmiyyət

Elmir Ramazanovun təqibləri Sahibkar Ramil Aslanovu Prezidentə müraciət etməsinə vadar etdi FOTO/VİDEO

Bu müraciət, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ramil Aslanov tərəfindən Azərbaycan Respublikasının Prezidentinə və digər yüksək vəzifəli şəxslərə ünvanlanmışdır. 
Müraciət müəllifi, gömrük orqanları tərəfindən ona qarşı tətbiq olunan qanunsuz təzyiqlərdən və fəaliyyətinin məhdudlaşdırılmasından şikayət edir. O, məsələ ilə bağlı dəfələrlə Prezident Administrasiyasına müraciət etdiyini, lakin problemin həll olunmadığını bildirir. Müraciətdə xüsusilə qeyd olunur ki, bayram ərəfəsində mallarının qanunsuz saxlanılması onun sahibkarlıq fəaliyyətini iflic vəziyyətə gətirib. Əlavə olaraq qeyd edilməlidir ki, Elnur Əliyev və Şahin Bağırovun dəfələrlə Elmir Ramazanova sahibkarı incitməməsi əsasız yerə süründürməçilik prinsipindən əl çəkməsi bildirilməsinə baxmayaraq şəxs tutduğu vəzifəsindən sui-istifadə edərək Ramil Aslanovu bacardığı qədər öz monopoliyasından asılı duruma salmağa cəhd edir. Ramil Aslanovun sonuncu müsahibəsində də Elmir Ramazanovun onu Brokerlərdən asılı duruma salmaq niyyətində olmasına toxunmuşdu. Lakin Elmir Ramazanovun məkirli niyyəti Azərbaycan iqtisadiyyatına göründüyü qədər zərərsiz ötüşmədiyi kimi özünündə milyonçular siyahısına düşməsinə az bir müddət qaldığı etibarlı mənbələrdən bildirilir. Şəxsin idarəçiliyi Gömrük əməkdaşlarının aylardır məvacib ala bilməməsinə və daxili bazarlarda sünni qiymət artımlarına gətirib çıxarmaqdadır. Məsələni çox uzatmayaraq keçək sahibkarın müraciətinə.

Müraciətin tam mətni aşağıdakı kimidir:

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ

SÜRƏTİ: Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədov
SÜRƏTİ: Azərbaycan Respublikasının Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri cənab Şahmar Mövsümova
SÜRƏTİ: Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyev
SÜRƏTİ: Azərbaycan Respublikasının Baş Prokurorunun müavini cənab Elmar Camalov
SÜRƏTİ: Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini cənab Elnur Əliyev
SÜRƏTİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri cənab Şahin Bağırova
SÜRƏTİ: Dövlət Gömrük Komitəsinin sədr müavini və Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi cənab Gülöğan Muradlıya

Hörmətli cənab Prezident,

Uzun müddətdir ki, mən şikayətlərimi Prezident Administrasiyasına göndərirəm. Bununla bağlı Gömrük Komitəsinin sədri Şahin müəllim Bağırov Beyləqan rayonunda məni qəbul etdi və məsələnin həlli üçün aidiyyəti üzrə göstəriş və tapşırıqları verərək yaradılan komissiya ilə birlikdə Bakı Baş Gömrük İdarəsinə göndərdi. Lakin 18.03.2025-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində komissiya ilə birlikdə keçirilən iclasda yenidən süni əngəllər yaradıldı və gömrükdə mallarımın çıxarılmasına imkan verilmədi.

Yazılı və rəsmi formada müvafiq dövlət qurumlarına müraciət etməyimə baxmayaraq, yenə də mənə qarşı təzyiqlər, süründürməçilik və qanunsuz addımlar atılır. Bayram ərəfəsində mallarımın saxlanılması davam edir. Eyni zamanda, istintaq və təhqiqat şöbəsində yanvar ayından bu günə qədər baxılan məsələ saxta sənədlərlə ittiham olunma iddiası ilə uzadılır. Hüquqi proseduralar pozularaq və izahatıma baxmayaraq, saxta sənədlərin sənəd hüquqsuzluğu sübuta yetirilsə də, hələ də qanunsuz təzyiqlərə məruz qalıram.

Hörmətli cənab Prezident,

Bu bayram günü mallarımın qanunsuz saxlanılması Sizin sahibkarlığın inkişafına verdiyiniz dəstəyə zidd olaraq, mənim fəaliyyətimin tamamilə dayanmasına səbəb olur.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məni təcili qəbul etməyinizi və ya bu məktubun surətini göndərdiyim rəhbər şəxslərin məni təcili olaraq qəbul etməsinə dair göstəriş verməyinizi xahiş edirəm.(BakuNews.az)

“Lion Centre” MMC-nin direktoru Aslanov Ramil Xurşud oğlu
(Məktub “Bakı Teleqrafı” möhürü ilə təsdiqlənmişdir.)

Paylaş: