Sami Yusuf Azərbaycanla bağlı daha bir musiqini təqdim edib
Dünyada tanınan azərbaycanlı müğənni və bəstəkar Sami Yusuf daha bir sənət əsərini musiqisevərlərə təqdim edib.
Lent.az xəbər verir ki, müğənni Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində özünün “YouTube” səhifəsində Bakıda keçirilən möhtəşəm konsertindən (Heydər Əliyev Mərkəzində UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə hazırlanmış “İrsin sonsuz ruhu” (“Timeless spirit of heritage”) adlı proqramdan) daha bir parçanı – “Azərbaycan” kompozisiyasını yayımlayıb.
Sənətçi əsəri “Azərbaycan: Əbədi varlıq” adlandırıb.
Dünya azərbaycanlılarının həmrəyliyinə töhfə, ölkəmizin keçmişi, bu günü və gələcəyə baxışının tərənnümü olan bu kompozisiyanı Sami Yusuflə bərabər xanəndə Təyyar Bayramov, Kənan Bayramlı, müğənni Sevda Ələkbərzadə, aşıq Samirə, instrumental ifaçılarımız (sol tarda Sahib Paşazadə) və xor ifa edir.
[media=https://www.youtube.com/watch?v=ASS03rOVIck]