Şou biznes

“Bazarda soğan satmışam” – Əlikram Bayramov

Müğənni Əlikram Bayramov ARB TV-də yayımlanan “Ona qalsa” verilişinin qonağı olub.

“Yeni Sabah” xəbər verir ki, keçmiş həyatı haqqında danışan ifaçı çəkdiyi əziyyətlərdən söhbət açıb:

“Bu gün mən hansısa hadisəyə tez reaksiya verirəm, emosional davranıram, kövrəlirəm. Bu mənim keçmişdə çəkdiklərimdən irəli gəlir. İki yaşımda atamı itirmişəm, ondan sonra çətin günlərim başlayıb. Mənim uşaqlığım olmayıb. Velosiped görməmişəm, oyuncağım olmayıb.

Ayağım yer tutandan işləmişəm. Bazarda işlədim, soğan satdım, üzüm, pambıq sahəsində çalışdım. Amma indiyə kimi kiməsə möhtac olmamışam. Əgər mənim əlim ayağım varsa niyə də işləməyim?!”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir