İrana qarşı aparılan müharibə bütün region ölkələrinə baha başa gələ bilər.
Bunu İran İslam Respublikasının “Xatəmul Ənbiya” qərargahının komandiri general-mayor Qulam Əli Rəşid bəyan edib:
“Biz ümid edirik ki, qonşu ölkələr ABŞ-ın və israillilərin maraqlarına uyğun gələn addımlar atmaqdan çəkinəcəklər. Bu kimi addımlar regionda gərginliyin artmasına və müharibə ocaqlarının yaranmasına səbəb olar və bütün region ölkələrinə baha başa gələr”.
Zirveyolu.info oxu.az-a istinadən xəbər verir ki, o bildirib ki, İran regionda müharibə arzulamır:
“Çünki bu ABŞ-ın və sionist rejimin maraqlarına xidmət edərdi, lakin biz lazım gələrsə hər zaman təcavüskara qarşı dayanmaq gücünə malikik”.